• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Kiyevin Ukrayna limanlarından taxıl ixracı ilə bağlı mövqeyini bildirib

Kreml Kiyevin Ukrayna limanlarından taxıl ixracı ilə bağlı mövqeyini bildirib
08.06.2022 16:06
Rusiya prezidentinin mətbuat katibi Kiyevin Qara dəniz limanlarında Ukrayna taxılının ixracı dəhlizinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlarını şərh edib.

"Biz Ukrayna tərəfinin mövqeyini başa düşməliyik. Söhbət Ukrayna taxılından gedir. Bu taxıl ukraynalıların iddia etdiyindən azdır, beynəlxalq bazara təsir etmək üçün taxıl ehtiyatlarının əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur. Yenə deyirik ki, dünyada ərzaq böhranına səbəb olan Ukrayna böhranı deyil, ondan əvvəl müxtəlif ölkələrin hadisələr zənciri və yanlış hərəkətləri olub”, - Kremlin sözçüsü bildirib.

O, vurğulayıb ki, Ukrayna tərəfi onlara nə lazımdır, taxıllarını harasa göndərmək istəyib-istəmədiklərini deməlidir.

Bir gün əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar demişdi ki, Kiyevə yeni silahlar verilərsə, Ukrayna kənd təsərrüfatı məhsullarının dənizlə daşınmasını bərpa etməyə razı olacaq.

Bundan əvvəl Türkiyənin Rusiya, Ukrayna və BMT nümayəndələri ilə apardığı danışıqların yekunlarına əsasən, "taxıl dəhlizi”nin işinə dair yol xəritəsi hazırlanıb. Bunun qlobal ərzaq böhranının qarşısını alacağı gözlənilir.

Rusiya prezidenti Vladimir Putin Moskvanın bu prosesə müdaxilə etmədiyini təsdiqləyib və taxıl ixracının yollarını qeyd edib: Qara dəniz hövzəsinin Ukrayna limanları vasitəsilə, Belarus vasitəsilə, lakin bunun üçün respublikadan sanksiyaları aradan qaldırmaq lazımdır.
 
Rafiq Şahbazov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol