• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Rusiya ilə müharibə etmək istəmir

Avropa İttifaqı Rusiya ilə müharibə etmək istəmir
06.07.2022 12:37
Avropa İttifaqı Rusiya ilə müharibə etmək istəmir. Rəsmi Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə sanksiyalarla cavab verilməkdədir. Bu barədə  Avropa İttifaqının (Aİ)  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Avropa təxribata məruz qalanda cavab verə bilir. Rusiya ilə müharibə etmək istəmirik və cavabımızın əsasında iqtisadi sanksiyalar durur. Onlar artıq təsir göstərməyə başlayıb və bunun nəticələri yaxın aylarda daha da artacaq. Sanksiyalara görə, Rusiyanın "İskəndər” və "X-101” kimi idarə olunan dəqiq raketlər istehsal etmək imkanları məhdudlaşıb. Neft hasilatı sahəsində xarici kompaniyalar Rusiyanı tərk edib və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı çətinliklər yaranıb. Rusiya kompaniyalarının yeni yataqların istismara verilməsi imkanları məhduddur", - Aİ rəsmisi vurğulayıb.
 
O əlavə edib ki, Rusiyanın Avropa və ABŞ-dan texnoloji asılılığı Çindən olan asılılıqla müqayisədə 6 dəfə çoxdur və Çin istehsalı alternativ texnologiyalar məhdudiyyətlər altında olan Rusiya iqtisadiyyatının tələblərinə cavab vermək iqtidarında deyil.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır. 

Ləman Qasımova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol