• $
  • €
  • ₽
  • ₺
  • £

"Aeroflot"un top meneceri Aleksandrov həbs edildi

"Aeroflot"un top meneceri Aleksandrov həbs edildi
08.07.2022 15:34
Moskvanın Qaqarinski Məhkəməsi "Aeroflot” şirkətinin baş direktoru Vladimir Aleksandrovu "külli miqdarda dələduzluq”a görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) 7 il müddətinə ümumi rejimli koloniyaya göndərib. Bu barədə TASS məhkəmənin hökmünə istinadən xəbər verir.

Aleksandrov 250 milyon rubldan çox pul mənimsəməkdə təqsirli bilinib. Bundan əlavə, məhkəmə rusiyalını dövlət mükafatlarından məhrum edib.

Aleksandrovla birlikdə məhkəmə vəkillər Dina Kibets (6 il cəza; 600 min rubl cərimə) və Aleksandr Slivkonu (6,5 il 650 min rubl), habelə Aeroflotun hüquq şöbəsinin keçmiş rəhbərini günahkar bilib. 

144,9 milyon rubl üçün mülki iddia qaldırıldığı qeyd olunur. İşdə zərərçəkmiş tərəf kimi tanınan Federal Əmlakın İdarə Edilməsi Agentliyi mülki prosesdə baxılmaq üçün təqdim edilib.

İstintaqın məlumatına görə, Aleksandrov 2016-2017-ci illərdə "Aeroflot”da rəhbər vəzifədə çalışarkən Vəkillər Kollegiyası ilə 250 milyon rubl dəyərində hüquqi yardım göstərilməsi üçün dörd müqavilə bağlayıb. Aviaşirkətin vəkillərin xidmətinə ehtiyacı olmamasına baxmayaraq, təqsirləndirilən şəxslər cinayətkar qrupda birləşərək baha başa gələn müqavilələr bağlayıblar.

Nəticədə Vəkillər Kollegiyasının hesablarına ən azı 250 milyon rubl köçürülüb. Slivko və Kibets tərəfindən hazırlanmış, yerinə yetirilən işlərin həcmi barədə bilərəkdən etibarsız məlumatlar olan aktlar əsasında.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol