• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada devalvasiya BAŞ VERDİ

Ukraynada devalvasiya BAŞ VERDİ
21.07.2022 23:00
İyulun 21-i saat 09:00-dan etibarən Ukrayna Milli Bankı qrivnanın rəsmi məzənnəsini ABŞ dollarına nisbətdə 25% - 36,5686 qrivnaya qədər korrektə edib.

Ukrayna Milli Bankının saytında yer alan məlumatına görə, müharibə zamanı Ukrayna iqtisadiyyatının fundamental xüsusiyyətlərində baş verən dəyişikliklər və ABŞ dollarının digər valyutalara nisbətdə möhkəmlənməsi nəzərə alınaraq belə bir addım atılıb.


"Belə bir addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətini artıracaq, müxtəlif biznes qrupları və əhali üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”.

Qrivnanın dollara olan rəsmi məzənnəsi sabit olaraq qalır.

"Müharibənin əvvəlində qrivnanın məzənnəsinin bir dollar üçün 29,25 qrivna səviyyəsində müəyyən edilməsi maliyyə sisteminin stabil fəaliyyətini təmin etməyə kömək etdi. Məzənnənin sabitləşməsi mexanizmi indiki şəraitdə iqtisadiyyatın stabilizatorudur. Müharibə, demək olar ki, beş aya yaxındır ki, davam edir, bu müddət ərzində bizim və dünya iqtisadiyyatında mühüm dəyişikliklər baş verib”, - deyə bankın direktoru Kirill Şevçenko bildirib.

Valyuta bazarının nağdsız seqmentində müştərilərin tələbi ilə banklar tərəfindən xarici valyutanın alqı-satqısı rəsmi məzənnədən 1%-dən çox olmayan məzənnə ilə həyata keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol