• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Odessadakı partlayışa dərhal reaksiya verdi

Türkiyə Odessadakı partlayışa dərhal reaksiya verdi
23.07.2022 19:28
Rusiya rəsmiləri  bildirib ki, rəsmi Moskvanın Odessa limanına raket hücumları ilə  heç bir əlaqəsi yoxdur. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

"Rusiya ilə təmaslarımız zamanı bizə bu hücumla Moskvanın qətiyyən heç bir əlaqəsi olmadığını və bu məsələni çox diqqətlə və ətraflı araşdırdıqlarını söylədilər”,  -  Akar jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə,  Türkiyə partlayışların Rusiya və Ukraynanın cümə günü İstanbulda bağladıqları taxıl ixracı haqqında sazişin imzalanmasından dərhal sonra baş verməsindən narahatdır. Razılaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb.

Şənbə günü səhər saatlarında Ukraynanın Rusiyanı raket hücumlarında ittiham etdiyi Odessa limanında partlayış səsləri eşidilib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, limana dörd "Kalibr” raketi atılıb,  onlardan ikisi hava hücumundan müdafiə vasitəsi ilə vurulub, ikisi liman infrastrukturuna düşüb, lakin taxıl anbarına ziyan dəyməyib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol