• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: Qərb Rusiyadan dünya bazarlarına ərzaq çıxışı ilə bağlı verdiyi vədləri yerinə yetirmir

Lavrov: Qərb Rusiyadan dünya bazarlarına ərzaq çıxışı ilə bağlı verdiyi vədləri yerinə yetirmir
06.09.2022 14:41
Qərb ölkələri kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışı ilə bağlı BMT ilə memorandumun icrası çərçivəsində Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı vədlərini yerinə yetirmirlər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib. 

Onun sözlərinə görə, Qərb siyasətçiləri taxıl və gübrələrin dünya bazarlarına sərbəst çıxışına mane olan logistik sanksiyaların istisna edilməsi haqqında qərarlar qəbul etmirlər.

Nazir bildirib ki, Rusiya İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün BMT ilə işləyir.

Bundan əvvəl Lavrov MDBMİ-nin tələbələri və professor-müəllim heyəti ilə görüşü zamanı bildirmişdi ki, Moskva Qərb dövlətləri dialoqa hazır olduqda münasibətlərin yaxşılaşdırılması üçün təkliflərini dinləməyə hazırdır.

İyulun 22-də Rusiya BMT və Türkiyə ilə Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Ukrayna taxılının ixracının asanlaşdırılmasını nəzərdə tutan "məhsul sazişi”nə dair sənədlər imzalayıb.(RİA Novosti)
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol