• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni spiker müxalifətə xəbərdarlıq etdi

Erməni spiker müxalifətə xəbərdarlıq etdi
12.09.2022 19:00
Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin qanunverici orqanın işini boykot etməsini qeyri-ciddi addım adlandırıb.

Sentyabrın 12-də parlamentin payız sessiyası öz işinə başlasa da, müxalifət deputatları orada iştirak etmir, onlar boykot qərarı qəbul ediblər.

 Ermənistan KİV-i xəbər verir ki, parlamentin iclasına paralel olaraq müxalifət də aktual mövzularla bağlı ictimai müzakirələr aparır.

"Dekabrda onların mandatdan məhrum edilməsi məsələsinə qayıdacağıq. Əminəm ki, onlar ya həkimlərdən arayış gətirəcək, ya da hansısa görüşlərə "öz gündəmləri ilə” gələcəklər. Biz onları mandatdan məhrum etməməklə konstruktiv idik. Halbuki, Konstitusiya Məhkəməsinə müraciət edib bunu edə bilərdik”, - Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.

Simonyan əmindir ki, müxalifətin alternativi yoxdur və parlamentə qayıtmalı olacaq.

Müxalifət deputatları mayın 4-də hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edərək, iclas zalını tərk ediblər. Hakim "Mülki müqavilə” fraksiyası müxalifətçiləri mandatdan məhrum etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməklə hədələsə də, sonradan bu addımdan əl çəkib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol