• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT Bakıda ali hərbi məktəbdən məzun olmuş generalı Ermənistana göndərir

KTMT Bakıda ali hərbi məktəbdən məzun olmuş generalı Ermənistana göndərir
14.09.2022 11:08
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün qurumun baş katibi general-leytenant Stanislav Zasın başçılığı ilə işçi qrupunun göndərilməsi barədə sentyabrın 13-də qərar qəbul olunub.

General-leytenant Stanislav Zas 1 yanvar 2020-ci ildən etibarən KTMT-nin baş katibi vəzifəsini icra edir.

Stanislav Zas KTMT-yə Belarus tərəfindən göndərilib. Zas Belarus Təhlükəsizlik Şurasının dövlət katibi olub. 1964-cü ildə Ukraynda anadan olan Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandanlığı Məktəbini fərqlənmə diplomu ilə bitirib.

2018-ci ilin noyabrında Ermənistan hökuməti KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu geri çağırdığı üçün KTMT-nin baş katibinin Stanislav Zas olacağı elan edilib. Lakin, Ermənistanın kəskin etirazlarından sonra Zasın bu vəzifəyə təyinatı 2 il gecikib.

Zas baş katib olduqdan sonra Ermənistan-Azərbaycan sərhədində yaşanan  gərginliklə bağlı dəfələrlə açıqlama verib. O öz açıqlamalarında bildirib ki, KTMT sərhəd gərginliyinə qarışmayacaq. Baş katib deyib ki, KTMT-nin potensialı yalnız üzv ölkələrdən biri təcavüzə, hücuma məruz qaldıqda istifadə olunur.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol