• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı müharibəyə görə 70 milyon insan ac qalacaq

Ukraynadakı müharibəyə görə 70 milyon insan ac qalacaq
17.09.2022 10:24
BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli dünyanın görünməmiş qlobal fövqəladə vəziyyətlə qarşı-qarşıya qaldığını bildirib. Onun sözlərinə görə, təxminən 345 milyon insan aclıq təhlükəsi ilə üzləşib ki, onlardan 70 milyonu bu vəziyyətə Ukraynadakı müharibə səbəbindən düşüb.
 
BMT Təhlükəsizlik Şurasında çıxış edən Devid Bizli dünyanın 82 ölkəsində kəskin ərzaq qıtlığının müşahidə olunduğunu deyib.
 
O bildirib ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyada ərzaq böhranının dərinləşməsinə, yanacaq və gübrə xərclərinin kəskin artmasına səbəb olub.
 
Devid Bizli iyul ayında Ukrayna taxılının daşınması üzrə sazişə və Rusiya gübrəsini dünya bazarlarına qaytarmaq səylərinə baxmayaraq, real aclıq riskinin qaldığını vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol