• $
  • €
  • ₽
  • ₺
  • £

Quş qripinə görə 8600 toyuq məhv edildi

Quş qripinə görə 8600  toyuq məhv edildi
06.12.2022 11:26
Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki fermalardan birində quş qripi virusu (H5N2) aşkarlanıb. Bu barədə xarici KİV-də məlumat yayılıb.
 

Virusun qarşısının alınması üçün  yerli səhiyyə və baytarlıq orqanları fermadakı 8600 toyuğun məhv edilməsini istəyiblər.
 
Xəstə quşlardan götürülmüş nümunələr araşdırılması üçün laboratoriyaya göndərilib.
 
Pinqtunq şəhərində quş qripi ilə bağlı tədbirlərə başlanılıb. Şəhərin şimalı riskli zona elan edilib və ərazidəki bütün təsərrüfatlarda dezinfeksiya və dərmanlama işlərinin həyata keçiriləcəyi açıqlanıb.
 
Əhaliyə ehtiyatlı olmaq barədə çağırış edilib.

Bu il virus daha çox evdə saxlanılan quşlarda yayılıb və xəstəliyin simptomları adətən görünməz olur. İnsanlarda xəstəlik daha ağır keçir və çox zaman ölümlə də nəticələnir.

Daha əvvəl Çində quş qripi epidemiyası onlarla insanın ölümü ilə nəticələnib.

O vaxt ölkədə böyük qorxu yayılmışdı. Nəticədə insanlar küçələrdə maskalarla gəzirdi, quşlar kütləvi şəkildə məhv edilirdi və insanlar ictimai yerlərdə yığışmaqdan çəkinirdilər.
 
Quş qripi və ya "avian influenza" müxtəlif növ quş və heyvanların yoluxucu xəstəliyidir. Virusun (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. Qeyd edilən növlər 2 qrupa bölünür ki, onlardan A(H5N1), həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur, AQTA bildirir.

Ümumən, son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol