• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək
18.12.2022 19:30
Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin cinayət işi ilə bağlı istintaq yekunlaşaraq Detmol şəhər Məhkəməsinə göndərilib.

Bu barədə Detmol şəhər Prokurorluğundan bildirilib.

Otuz altı yaşlı Elçin Ağayevin məhkəmə prosesi yanvarın 8-i ilə fevralın 6-ı aralığına təyin edilib. Məhkəmə hal şahidi və zərərçəkənlər üçün üç məhkəmə dinləməsi təyin edib.

Hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrej F.Rintelner balta ilə qətlə yetirilib.

Hadisəni törətməkdə Elçin Ağayev şübhəli bilinir. Məlumata görə, qətl qısqanclıq zəminində törədilib.

Elçin Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. (report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol