• $
  • €
  • ₽
  • ₺
  • £

Tvitter, sorğularını yalnız Tvitter Blue istifadəçiləri üçün açıq edəcək

Tvitter, sorğularını yalnız Tvitter Blue istifadəçiləri üçün açıq edəcək
20.12.2022 15:29
İlon Mask, 10 milyondan çox insanın onun Tvitter-in baş direktoru vəzifəsindən getməsinin lehinə səs verdikdən sonra tvit ataraq, gələcək siyasətlə bağlı sorğularda yalnız ödənişli "Twitter Blue” abunəçilərinin səs verə biləcəyini söyləyib. Bu barədə "The Guardian” məlumat verib.

Mask Tvitter istifadəçilərinə sorğunun nəticələrinə əməl edəcəyinə söz verərək, şirkətin rəhbəri vəzifəsindən istefa verməsini istəyib istəmədiklərini soruşub. Anket başa çatdıqdan sonra, sorğuda iştirak edən 57,5% onun istefa verməli olduğunu söyləyib.

Platformanın məhsuldar istifadəçisi olan Mask sorğudan dərhal sonra tvit yazmayıb. Mask səsvermənin nəticələrinin saxta hesablarla təhrif edildiyinə dair çoxsaylı təkliflərə cavab verərək  susqunluğu pozub.

Başqa bir istifadəçinin "Mavi abunəçilər siyasətlə bağlı sorğularda səs verə biləcək yeganə şəxslər olmalıdır” təklifinə cavab olaraq Mask  Tvitterin bu dəyişikliyi edəcəyini deyib.

Baş icraçı vəzifəsindən istefa vermək ideyası da Tvitter sorğusu dərc edilməmişdən xeyli əvvəl eyham edilmişdi. Noyabrın 16-da o, Delaver hakiminə Tvitter-də vaxtını azaltmağı və "zamanla Twitter-i idarə edəcək başqa birini tapmağı” planlaşdırdığını söyləyib.
 
Lida Abbaslı
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol