• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb

Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb
03.01.2023 18:30
Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb.

Bu barədə Bielefeld Şəhər Polis Mərəzinin Mətbuat Xidmətindən bildirilib.

Hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.

İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.

Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan Samir Orucovun yarasının yüngül olduğu deyilib.

Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb. (report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol