• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin günəş enerjisi gücü 2035-ci ilə qədər 8 dəfə artacaq

Türkiyənin günəş enerjisi gücü 2035-ci ilə qədər 8 dəfə artacaq
03.01.2023 21:00
Türkiyənin ilkin enerji istehlakının 2035-ci ilə qədər 205,3 milyon ton neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.

Bu, Türkiyəninn Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Türkiyə Milli Enerji Planında əksini tapıb.

Türkiyənin ilkin enerji istehlakı 2020-ci illə müqayisədə 39,5 % və ya 58,1 milyon ton neft ekvivalenti artacaq.

Türkiyənin 2000-2020-ci illər ərzində illik 4,4 % artan elektrik enerjisi istehlakının 2035-ci ilə qədər hər il 3,5 % artaraq 510,5 teravat/saata çatacağı gözlənilir. Bu dövrdə elektrik enerjisinin son enerji istehlakında payı isə 21,8 %-dən 24,9 %-ə yüksələcək.

2020-ci ilin sonuna 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisi gücünün 2035-ci ildə 189,7 gigavata çatacağı və bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış enerji gücündə payının isə 52 %-dən 64,7 %-ə yüksələcəyi gözlənilir.

Türkiyədə 2035-ci ilə qədər 96,9 gigavatlıq yeni istehsal olunan elektrik enerjisi istifadəyə veriləcək ki, bunun da, 74,3 %-ni bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Hesabat dövründə bərpa olunan enerji mənbələri arasında ən böyük artım günəş enerjisinin payına düşəcəyi gözlənilir. Türkiyənin günəş enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,9 dəfə və ya 46,2 gigavat artaraq 52,9 gigavata yüksəldilməsi planlaşdırılır.

Bu dövrdə digər bərpa olunan enerji mənbələrindən külək elektrik enerjisinin quraşdırılmış gücünün 3,4 dəfə və ya 20,8 gigavat artırılaraq 29,6 gigavata, hidroelektrik enerjisinin quraşdırılmış gücünün isə 13,2 % və ya 4,1 gigavatt artırılaraq 35,1 gigavata çatacağı gözlənilir.

Ənənəvi enerji mənbələrinin istehsalında kömürdən istifadə etməklə elektrik enerjisinin quraşdırılmış gücü 19,7 % və ya 4 gigavat artaraq 24,3 gigavata, təbii qazdan istifadə etməklə - 38,1 % və ya 9,8 gigavat artaraq 35,5 gigavata, digər mənbələrin quraşdırılmış gücünün 50 % və ya 1,7 gigavat artaraq 5,1 gigavata yüksəldilməsi planlaşdırılır.

Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol