• $
  • €
  • ₽
  • ₺
  • £

BMT- Yaxın 40 ildə dünyanın bütün regionlarında ozon təbəqəsi bərpa olunacaq

BMT- Yaxın 40 ildə dünyanın bütün regionlarında ozon təbəqəsi bərpa olunacaq
11.01.2023 15:05
Yaxın 40 ildə Antarktida da daxil olmaqla dünyanın bütün regionlarında ozan qatı tədricən bərpa olunacaq. Bu barədə BMT-nin Ətraf Mühit Proqramı öz saytında məlumat yayıb.

Bildirilir ki, ozon təbəqəsi Antarktika 2066-cı il, Arktika 2045-ci ilə və dünyanın qalan hissəsində 2040-cı ilə qədər bərpa olunaraq 1980-ci ildəki səviyyəyə çatdırılacaq. 

BMT-nin Ətraf Mühit Proqramının proqarmında qadağan olunmuş ozonu məhv edən maddələrin demək olar ki, 99%-nin mərhələli şəkildə ləğv edilməsi ozon təbəqəsinin qorunmasına kömək edib, nəticədə insanların günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalması azalıb.
 
Alimlər protokolun artıq iqlimə müsbət təsirini təsdiqləyiblər. 
 
"Ultrabənövşənin gözlənilməz təsirləri stratosferik temperatura, dövriyyəyə və ozonun istehsalı, məhv edilməsi və daşınma sürətinə də təsir edə bilər"
 
Monreal Protokolu Yer kürəsinin ozon təbəqəsini məhv edən kimyəvi maddələri mərhələli şəkildə ləğv etməklə onu qorumaq üçün beynəlxalq müqavilədir.
O, 1989-cu ildə qüvvəyə minib və dünyanın ən uğurlu ekoloji sazişlərindən biri hesab olunur. Rusiya hökuməti protokol üzrə öhdəliklərinin bir hissəsi olaraq, 2022-ci ildə Rusiya sənayesində planetin ozon qatına mənfi təsir göstərən maddələrin ümumi istifadəsini 20% azaldaraq 363 metrik tondan 291 tona endirib. Həmçinin, Rusiya hər il ölkəyə ozon qatını parçalayan maddələrin idxalına məhdudiyyətlər qoyub.
 
Antarktika ozon dəliyinin ərazisi və dərinliyi haqqında məlumat 2000-ci ildən verilib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol