• $
  • €
  • ₽
  • ₺
  • £

Filippin ABŞ-a daha 4 hərbi bazaya giriş imkanı verəcək

Filippin ABŞ-a daha 4 hərbi bazaya giriş imkanı verəcək
02.02.2023 15:39
Filippin ABŞ-a Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi (EDCA) çərçivəsində daha dörd hərbi bazaya giriş əldə etməyə icazə verəcək. Razılıq Pentaqonun rəhbəri Lloyd Ostin ilə onun filippinli həmkarı Carlito Galvez Jr arasında keçirilən görüşdə əldə olunub.

Pentaqonun rəhbərinin sözlərinə görə, saziş çərçivəsində ABŞ-a mövcud 5 bazadan əlavə 4 yeni bazaya giriş imkanı veriləcək. Beləliklə, ABŞ ordusu ümumilikdə 9 bazada yerləşdiriləcək.

"Bazalar hər iki ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi, humanitar məqsədlər üçün, eləcə də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün istifadə olunacaq”, - deyə Pentaqon rəhbəri bildirib.

Eyni zamanda, Ostin "ABŞ-ın Filippini dəstəkləmək öhdəliyi sarsılmazdır” deyən ABŞ prezidenti Co Baydenin sözlərini xatırladıb.

"Bizim ittifaqımız hər bir ölkənin demokratiyasına inam yaradır, azad və açıq Hind-Sakit okean regionunun saxlanmasına töhfə verir", - Ostin bildirib.

Onun sözlərinə görə, ikitərəfli müdafiə öhdəliklərinə Cənubi Çin dənizində və ya Filippin dənizinin qərbində iki ölkənin hərbi və digər obyektlərinə edilən hücumlara birgə cavab tədbirləri daxildir.

Qarşılıqlı Müdafiə Müqaviləsi və 2014-cü il EDCA paktı ABŞ qoşunlarına beş Filippin bazasından keçməyə icazə verir. Eyni zamanda, Birləşmiş Ştatlar qoşunlarını Luzon adasında və Tayvanda və Cənubi Çin dənizində dominantlıq edən şimal-qərb bölgələrində yerləşdirməyi gözləyir.
 
Gülnar

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol