• $
  • €
  • ₽
  • ₺
  • £

MAQATE Zaporojye AeS taleyindən narahatdır

MAQATE Zaporojye AeS taleyindən narahatdır
10.02.2023 23:57

MAQATE-nin baş direktoru Rafael Qrossi Rusiya Federasiyasındakı danışıqlardan sonra Zaporojye AES ətrafında təhlükəsizlik zonası barədə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.

"Mən hələ də inanıram ki, biz təhlükəsizlik zonası yarada biləcəyik, baxmayaraq ki, biz bu məsələdə daha sürətli hərəkət etməliydik”, - deyə Qrossi cümə günü MAQATE-dən sitat gətirib.

"Biz mümkün qədər tez bu zonanın yaradılması üçün Kiyev və Moskva ilə diplomatik işi davam etdiririk. Bu həftə Moskvada apardığım danışıqlar faydalı oldu: onlar mənə planı Rusiyanın yüksək rütbəli rəsmiləri ilə ətraflı müzakirə etməyə imkan verdilər", - MAQATE rəhbəri əlavə edib. .

Bəyanatda qeyd olunub ki, bu həftənin əvvəlində MAQATE ZNPP-də öz işçilərinin rotasiyasını təxirə salmalı olub. "İşçilərin planlaşdırılmış rotasiyasının təxirə salınması AES-in və orada işləyən insanların mühafizəsi üçün təcili tədbirlərin görülməsi zərurətinin nümunəsidir”, - Qrossi bildirib.

"Avropanın ən böyük atom elektrik stansiyası ətrafında vəziyyət qeyri-sabit və gözlənilməz olaraq qalır”, o əlavə edib.

Qrossi fevralın 9-10-da Moskvada danışıqlar aparıb. O cümlədən, xəbər verildiyi kimi, o, "Rosatom”un baş direktoru Aleksey Lixaçevlə görüşüb.

Cümə axşamı Rosatom Rusiyanın Zaporojye atom elektrik stansiyasının ətrafında fiziki və nüvə təhlükəsizliyinin yaradılması ilə bağlı Qrossinin təşəbbüsünü həyata keçirməyə hazır olduğunu bəyan edib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol