• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ dövlət katibinin müşaviri Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin müşaviri Ermənistana səfər edəcək
07.03.2023 12:10
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono martın 7-də Ermənistana səfər edəcək. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, baş müşavir Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh, o cümlədən  Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün danışıqlara ABŞ yardımını müzakirə etmək üçün Ermənistan liderləri ilə görüşəcək.

Ötən gün Luis Bono Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Bakı və İrəvanın münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş əldə etdiyini bildirmişdi.
 
Onun növbəti səfərinin Gürcüstana olacağı gözlənilir.

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Luis Bonu tutduğu vəzifədə Cənubi Qafqaza ilk səfəri olacaq.
 
Bundan əvvəl Dövlət Departamenti bu il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan dialoqu davam etdirəcəyini bildirmişdi.
 
Aytac


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol