• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələdən sonra bərpa işlərinə 100 milyarddan çox dollar lazımdır - BMT

Zəlzələdən sonra bərpa işlərinə 100 milyarddan çox dollar lazımdır - BMT
07.03.2023 23:47
 Türkiyədə baş verən zəlzələdən sonra bərpa üçün 100 milyard dollardan çox vəsait lazım ola bilər, bu barədə BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Uinton bildirib.

"Bu günə qədər aparılan hesablamalardan aydın olur ki, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərər hesablamaları 100 milyard dolları keçəcək", - Vinton deyib.


Uinton Türkiyənin ən çox zərər çəkmiş Hatay vilayətindəki vəziyyəti "apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib.
 
"Ehtiyaclar böyükdür, lakin resurslar azdır" deyə beynəlxalq rəsmi əlavə edib.

Daha əvvəl Dünya Bankı fevralın 6-da baş vermiş zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirmişdi, bu məbləğ davam edən afterşoklar səbəbindən arta bilər. Fəlakətin bərpası və nəticələrinin aradan qaldırılması Türkiyəyə daha da baha başa gələ bilər.
 
"Hesabat həmçinin etiraf edir ki, bərpa və yenidənqurma xərcləri daha yüksək, bəlkə də ikiqat artacaq və iqtisadi böhranla bağlı ÜDM itkisi də zəlzələlərdən dəyən zərərin həcmini artıracaq", - Dünya Bankı bildirib.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yüzlərlə təkrar təkanla müşayiət olunan yeraltı təkanlar respublikanın 10 vilayətində və Suriyanın ən çox zərər çəkdiyi qonşu ölkələrdə hiss olunub. Türkiyədə ölənlərin sayı 46 mini keçib.

Bazar ertəsi Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki yeni zərbə qeydə alınıb.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol