• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb
01.05.2023 12:55
Ukrayna Silahlı Qüvvələri Rusiyanın son sutkada  450 işğalçısını məhv edib. Bu barədə Ukrayna Baş Qərargahının Facebook səhifəsində bildirilib.

Rusiyanın Ukraynada müharibə başlayandan döyüş itkiləri təxminən 190 960 nəfərdir.

Rusiyanın 295 hava hücumundan müdafiə sistemi, 308 təyyarəsi, 294 helikopteri, 2476 əməliyyat-taktiki pilotsuz uçan aparatı, 932 qanadlı raket, tanklar 3700, zirehli döyüş texnikası 7192, artilleriya sistemləri 2921, reaktiv yaylım atəşi sistemləri isə 544 ədəd məhv edilib.

UNIAN-ın məlumatına görə, aprelin 30-da Baş Qərargah Ukrayna ordusunun bir gündə daha 500 rus işğalçısını məhv etdiyini bildirib. Həmçinin  Rusiyanın altı artilleriya sistemi və beş zirehli döyüş maşını da məhv edilib.

Aprelin 30-da Ukrayna hərbi aviasiyası Rusiyanın şəxsi heyətinin mövqelərinə dörd zərbə endirib. 
 
Müdafiə Qüvvələri bazar günü Rusiyanın "Orlan-10" tipli kəşfiyyat aparatını da vurub. Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri qarşı tərəfin canlı qüvvəsinin cəmləşdiyi beş ərazini, habelə onların silah-sursat anbarını, artilleriya cəmləşdiyi iki ərazini və logistika mərkəzini vurub.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol