• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ayda Vahid Ələkbərovun sərvəti 3,7 milyard dollar artıb

Dörd ayda Vahid Ələkbərovun sərvəti 3,7 milyard dollar artıb
01.05.2023 16:09
2023-cü ilin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 16,35 milyard dollar artıb. Bu barədə Bloomberg Bloomberg Milyarderlər İndeksinin (BBI) yeni reytinqinə əsasən yazıb. 

İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhm qiyməti əsasında hesablanır. Ümumilikdə, BBI reytinqi planetin 500 ən varlı adamıdır, onlardan 22 nəfəri Rusiya vətəndaşıdır. Mayın 1-nə onların ümumi sərvəti 279,88 milyard dollar təşkil edir.

"Lukoyl” neft-qaz şirkətinin ortaq sahibi Vahid Ələkbərov 2023-cü ildə digərlərindən daha çox varlanıb. Onun sərvəti 3,7 milyard dollar artaraq 19,1 milyard dollara çatıb.

Ən böyük kapital Norilsk Nikel metallurgiya şirkətinin əsas sahiblərindən birinə, Vladimir Potaninə məxsusdur. Yanvardan may ayına kimi o, sərvətini 448 milyon dollar artıraraq 29 milyard dollara çatdırıb. İkinci yerdə 27,7 milyard dollar kapitalla (2023-cü ildə +3,09 milyard) təbii qaz istehsalçısı "Novatek"in şərikli sahibi Leonid Mixelsondur. NLMK polad emalının benefisiarı Vladimir Lisin ilk üçlüyü onun sərəncamında olan 21,6 milyard dollarla (+1,74 milyard dollar) qapayır.

Aprelin birinci yarısında Amerikanın "Forbes” jurnalı "VKontakte” sosial şəbəkəsinin yaradıcılarından biri və "Telegram” messencerinin yaradıcısı Pavel Durovu 2022-ci ildə Rusiyadan olan ən yoxsul milyarder kimi tanıyıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol