• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya hökuməti prezidenti növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb

Serbiya hökuməti prezidenti növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb
30.10.2023 23:09

Serbiyanın Nazirlər Kabineti ölkə prezidenti Aleksandr Vuçiçə Skupstinanı (parlamenti - Qeyd) buraxmağı və növbədənkənar parlament seçkiləri keçirməyi tövsiyə edib.

Bu barədə Serbiyanın "RTS” televiziya və radio kanalı məlumat yayıb.
 
"Mövcud reallıqlarda yeni parlament seçkilərinin keçirilməsi daha yüksək demokratiya səviyyəsini təmin edər, cəmiyyətdə gərginliyi və nifrətin qızışdırılmasını azaldar, müəyyən siyasi, iqtisadi və digər məsələlərlə bağlı sərbəst fikir bildirmək hüququnu təmin edərdi”, - deyə hökumətin müraciətində qeyd olunub.

Telekanal qeyd edib ki, son vaxtlar bəzi ictimai dairələrdə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tələblər səslənir və sentyabrın 11-də bir sıra müxalifət partiyalarının nümayəndələri ölkə prezidentinə belə bir sorğu göndəriblər.

Bundan əlavə, bazar ertəsi keçirilən iclasda hökumət Belqrad Assambleyasının buraxılması və Serbiya paytaxtının müvəqqəti şurasının yaradılması barədə qərar qəbul edib. Serbiyanın daha 64 şəhəri üçün də oxşar qərarlar qəbul edilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol