• $
  • €
  • ₽
  • ₺
  • £

Ayasofiya Məscidi xaricilər üçün ödənişli olacaq

Ayasofiya Məscidi xaricilər üçün ödənişli olacaq
31.10.2023 14:30
Yanvarın 15-dən Ayasofya Məscidinin ziyarəti xarici vətəndaşlar üçün ödənişli olacaq. Bunu türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy deyib.

"Ayasofyada ziyarətçi idarəetmə tətbiqinə keçirik. Ziyarət keyfiyyəti və təhlükəsizliyi artırılacaq. Göz bəbəyimiz olan məscidimiz, bəşəriyyətin ortaq irsi və cazibə mərkəzimiz olan Ayasofya çox yaxşı təbiəti qoruyan bir ekosistemə daxil ediləcək. Məscidə ibadət üçün gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik yoxdur. Xarici vətəndaşların gəlişi üçün giriş qapısını dəyişərək Topqapı sarayının yerləşdiyi yuxarı mərtəbədəki qapıya keçirilir. Xarici vətəndaşların, turistlərin yanvarın 15-dən etibarən Ayasofya Məscidinin ziyarəti ödənişli olacaq", - Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Atatürk Mədəniyyət Mərkəzində turizm məlumatatları və Ayasofya məscidinin bərpası da daxil olmaqla gündəmdəki məsələləri qiymətləndirmək üçün keçirilən mətbuat konfransında qeyd edib. 
 
Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd Ayasofia məscidi qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Ayasofiya Bizansın "qızıl əsrinin" simvolu sayılır.
 
Aygün Mirakif

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol