• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda 500-dən çox qanunsuz miqrant saxlanılıb

İstanbulda 500-dən çox qanunsuz miqrant saxlanılıb
02.11.2023 20:09

Türkiyədə qanunsuz miqrasiyaya qarşı mübarizə davam edir. Bu məqsədlə İstanbulda genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, İstanbulda xarici vətəndaşların ən sıx yaşadığı rayonlardan biri olan Esenyurtda "Qalxan” adı altında keçirilən əməliyyat zamanı 512 miqrant saxlanılıb. Həmin şəxslərin Türkiyə ərazisində qanunsuz yaşadıqlarını bildikləri halda evlərini onlara kirayə verən 41 nəfər barəsində müvafiq tədbir görülüb.

Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 452 əməkdaşı iştirak edib. Miqrantlar ölkələrinə geri qaytarılmaq üçün miqrasiya xidmətinə təhvil verilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol