• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ öz dağıdıcı zərbəsini Zaqafqaziyaya yaymaq niyyətindədir - Rusiya XİN

Aİ öz dağıdıcı zərbəsini Zaqafqaziyaya yaymaq niyyətindədir - Rusiya XİN
24.07.2024 14:27
Avropa İttifaqı Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərməklə öz dağıdıcı təsirini Zaqafqaziyada yaymaq niyyətindədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.


"Biz dəfələrlə qeyd etmişik ki, Aİ öz dinc əsasını itirib və onun istifadə edə biləcəyi sülh potensialı yoxdur. Elə vaxtlar olub ki, Aİ ən azı sözlə desək, hansısa dinc, sabit vəziyyətə can atır, nəyisə gücləndirməyə, danışıqlar aparmağa çalışırdı. İndi göz qabağındadır ki, hansı qərarlar qəbul edilir, hansı sənədlər imzalanır. Aİ qarşıdurma kursunu qəbul edib və öz vətəndaşlarının maraqlarına deyil, ABŞ və NATO-nun maraqlarına xidmət edir. Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro göndərmək planlarının arxasında təbii ki, Aİ-nin bu regiona, yəni Zaqafqaziyada destruktiv təsirini yaymaq üçün geosiyasi hesablamaları var. Əminik, hətta göz qabağındadır, bunu Ukraynanın timsalından da görmək olar”, - Zaxarova deyib. 
 
Bir gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib ki, Avropa İttifaqı Ermənistana Avropa ölkələrinə vizaların liberallaşdırılması üçün yaşıl işıq yandırıb.
 
Borell həmçinin Ermənistana 10 milyon avro ayırdığını da açıqlayıb. 
 
Bundan əvvəl Ermənistanın baş naziri bildirib ki, Avropa İttifaqına daxil olmaqları üçün ölkədə referendum keçirilə bilər. Bu məsələ müvəqqəti olaraq dayanıb. Prosesin hansı zamanda baş verəcəyi açıqlanmır. 
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol