• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Gürcüstanı "Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyə çağırıb

Aİ Gürcüstanı "Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyə çağırıb
30.07.2024 17:42
Avropa İttifaqına üzv ölkələrin liderləri Gürcüstanın hakimiyyət orqanlarına müraciət edərək, onları problem yaradan "Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyə çağırıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Asuncion Sanchez Ruiz məlumat verib.
 
Həmin qanuna görə Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırıldığını bir daha təsdiqləyiblər.
 
 O, xüsusi olaraq bildirib ki, yuxarıda qeyd olunan qanun Aİ üçün çox narahatdır və Gürcüstanın Aİ-yə daxil olması prosesinə maneədir.

Aİ nümayəndəsi Gürcüstanın Xarici İşlər Nazirliyində Gürcüstanın Aİ-yə üzvlük prosesi ilə bağlı təfərrüatların təqdim olunduğu tədbirdə iştirak edib.
 
Bundan əvvəl Avropa İttifaqı (Aİ) Gürcüstanda "xarici agentlər” haqqında qəbul olunan qanun layihəsi səbəbindən hər iki tərəfdən yüksək vəzifəli şəxslərin səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirəcəyi ilə bağlı açıqlama verib. 
 
Aprelin 4-də Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.
 
Aksiya zamanı yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.

Aksiya etirazçılarının fikirincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ötən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılıb. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub. 
 
Xarici agentlərə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinin hüquq komitəsində sonuncu, üçüncü oxunuşda müzakirə edilib və qəbul olunub.
 
Aytac Zeynalova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol