• $
  • €
  • ₽
  • ₺
  • £

HƏMAS liderinin öldürülməsi BMT Təhlükəsizlik Şurasında müzakirə edilib

HƏMAS liderinin öldürülməsi BMT Təhlükəsizlik Şurasında müzakirə edilib
01.08.2024 09:27
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İranın tələbi, Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə  HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı iyulun 31-də Bakı vaxtı ilə 1 avqust 02:00-da təcili iclas keçirib.

İclas tərəfləri müdafiə edən dövlətlərin seçdiyi xüsusi cümlələrlə və hadisə ətrafında aşkar qütbləşmə ilə yadda qalıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, ölkəsi HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlini qətiyyətlə pisləyir və bunu İranı regional qarşıdurmaya cəlb etmək üçün təxribat xarakterli hücum hesab edir.

Çin nümayəndəsi İsmayıl Haniyənin qətlini "sülh danışıqlarını sabotaj edən aşkar qərəzli cəhd” adlandırıb.

ABŞ-nin BMT-dəki nümayəndəsi çıxışı zamanı qeyd edib ki,  konflikt region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə, İranın İsrailə qarşı proksi konfliktdən çəkinməsi üçün ona təsir göstərməyə çağır.
 
"İsrailin Həmas və başqa terrorçulardan özünümüdafiə hüququ var. ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib”, - ABŞ nümayəndəsi bildirib. 
 
Fransa tərəfi isə atəşkəs və əsirlərin qaytarılmalı olduğunu və məsələnin yalnız "iki dövlət” həllinin olduğunu vurğulayıb.

Böyük Britaniya nümayəndəsi İranın Livan Hizbullahı, Husi və digər proksi qruplaşmaların arxasında durduğu, silahlandırdığı və bunun dayandırılmalı olduğunu bildirib.

Yaponiya konfliktin məhz HƏMAS-ın 07 oktyabr 2023-cü il İsrailə hücumu ilə başladığını unutmamağı qeyd edib.

Fələstin dövlətinin daimi müşahidəçisinin müavini çıxışında dövlətləri Fələstin xalqına qarşı soyqırım, işğal, aparteid əməllərinin qarşısını almağa çağırdı, sülh və təhlükəsizliyin yalnız istisna olaraq İsrailin yox, bütün "dövlət”lərin hüququ olduğunu bildirib.

İsrail nümayəndəsi daha əvvəl Hizbullah komandanı Fuad Şükrünün ölümü ilə nəticələnən əməliyyatı da xatırladıb.
 
"Biz özümüzü müdafiə edəcəyik, bizə zərər vuranlara böyük güclə cavab verəcəyik”,  - İsrail nümayəndəsi bildirib.

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İranın qurumdakı daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, İsmayıl Haniyənin öldürülməsi ABŞ kəşfiyyatının köməyi olmadan həyata keçirilə bilməzdi.
 
"Bu hərəkət icazəsiz, ABŞ kəşfiyyatının dəstəyi olmadan törədilməzdi”,  -  İrəvani deyib. 

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol