• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Silahlı Qüvvələri Rusiyanın kəndlərini ələ keçirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın kəndlərini ələ keçirib
07.08.2024 10:06
Avqustun 6-da Kursk vilayətinin Sudjanski rayonununda uğurlu əməliyyat keçirən Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənməyə nail olublar. Bu barədə Ukrayna KİV məlumat verib.

Məlumatlarda Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Nikolaevo-Daryino, Darino və Sverdlikovo kəndlərini işğal etdiyi iddia edilir. Bundan əlavə, Qonçarovka və Oleşnyada Ukrayna və Rusiya qoşunları döyüşür.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbi qulluqçusu Kursk vilayətinin ərazisinə daxil olub və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib, teleqram kanalları yazır.

Həmçinin iddia edilir ki, Ukrayna Silahlı Qüvvələri Sudjaya doğru irəliləməyə davam edir, şəhər faktiki olaraq boşaldılıb. Rusiyanın müharibə tərəfdarı olan ictimai səhifələrində Ukrayna qoşunlarının məqsədlərindən birinin Sudja qazölçmə stansiyasının dağıdılması ola biləcəyi müzakirə edilir.

Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi Kursk vilayətindəki döyüşlər barədə təfərrüatlı məlumat vermir. Bölgə qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, bölgə son 24 saat ərzində hücumlara tab gətirir, təcili yardım xidmətləri gücləndirilmiş iş rejiminə keçib. 

Smirnov bildirib ki, avqustun 7-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Sudja bölgəsinə iki dəfə zərbə endirib.
 
Birinci halda pilotsuz təyyarə Belaya qəsəbəsinə doğru yola partlayıcı qurğu atıb, iki uşaq yaralanıb.
 
İkinci zərbə Sudja yaxınlığında təcili yardım maşınına dəyib, sürücü və feldşer həlak olub, həkim isə yaralanıb.
 
Həmçinin Smirnovun sözlərinə görə, bir gecədə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd raket və üç pilotsuz uçan aparat vurulub.
 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol