• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranda dövlət qurumları bağlanıb

Tehranda  dövlət qurumları bağlanıb
07.08.2024 10:14
İran hökuməti  "temperaturun əhəmiyyətli dərəcədə yüksəlməsi"ni əsas gətirərək Tehran vilayətində və qonşu Əlborz vilayətində İranın bütün dövlət idarələri və banklarının çərşənbə günü bağlanacağını açıqlayıb.

Bağlanmanın İranın Tehranda İsmayıl Haniyənin öldürülməsinə görə İsraildən qisas almaq potensial planları ilə bağlı olub-olmadığı aydın deyil.

İranın Mülki Aviasiya Təşkilatı pilotları və aviasiya orqanlarını 12.000-də atəş riski barədə xəbərdar etmək üçün NOTAM (pilot və nəzarətçiləri potensial təhlükələr və ya uçuş marşrutunda və ya xüsusi hava limanında dəyişikliklər barədə xəbərdar edən aviasiya orqanlarına verilən bildiriş) yayımlayıb.

İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı yaxın günlərdə İsrailə cavab zərbələri endirmək üçün fəal hazırlıq tədbirləri həyata keçirir. Bunu Amerikanın "The Wall Street Journal” qəzeti anonim qalmaq istəyən amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onların fikrincə, İran ötən həftənin əvvəlindən raket buraxılış qurğularını hərəkətə gətirir və hərbi təlimlər keçirir ki, bu da Tehranın yaxın günlərdə İsrailə cavab hücumuna hazırlaşdığını göstərə bilər.

Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə Haniyyənin Tehranda ölümündən və şiə Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda ləğvindən sonra başlayıb. İran, HƏMAS və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
 
Yəhudi dövlətinin səlahiyyətliləri Haniyyənin ölümü ilə bağlı şərh vermir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol