• $
  • €
  • ₽
  • ₺
  • £

Pezeşkian Xamneyini İsrailə hücumdan çəkindirməyə çalışıb

Pezeşkian Xamneyini İsrailə hücumdan çəkindirməyə çalışıb
08.08.2024 13:43
İran hələ də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə necə cavab verəcəyini düşünür. Bu barədə CNN xəbər verir.
 
Eyni zamanda  Beynəlxalq telekanal məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneidən İsrailə hücum etməkdən çəkinməyi xahiş edib.

"Prezident Pezeşkian Xamneyi ilə bu yaxınlarda keçirdiyi görüşdə 85 yaşlı Xamneyini gərginliyin arzuolunmaz müharibəyə çevrilməməsi üçün İranın İsrailə hər hansı birbaşa hücumunun qarşısını almağa çağırıb”, - İran İnternational bildirib.

Yeni prezident xəbərdarlıq edib ki, İsrailin cavab hücumu İranın iqtisadiyyatına, infrastrukturuna ziyan vura və hətta ölkənin dağılmasına səbəb ola bilər.

Mənbələr bildiriblər ki, güclü xəbərdarlıqlara baxmayaraq, Xamneyi görüş zamanı  Pezeşkianın narahatlığını nə dəstəkləyib, nə də ona qarşı çıxıb.

CNN-in məlumatına görə,  Vaşinqtonun İsrailə qarşı böyük hücumdan əvvəl Tehranın görməyi gözlədiyi hazırlıqların hamısını olmasa da, bəzilərini görüb.
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol