• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanla Əsədin şəxsi görüşü üçün şərtlər açıqlanıb

Ərdoğanla Əsədin şəxsi görüşü üçün şərtlər açıqlanıb
09.08.2024 16:53
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş təşkil etmək ciddi hazırlıq tələb edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

"Biz Moskvada həm üçtərəfli, həm də birbaşa maraqlı olan iki tərəf, rəsmi Dəməşq və Ankaranın nümayəndələri arasında görüşlər keçirməyə həmişə hazırıq”, - xarici işlər nazirinin müavini bildirib.

Boqdanov əlavə edib ki, Rusiya bir-biri ilə həmsərhəd olan iki dövlət arasında münasibətlərin normallaşdırılması kursunu dəstəkləyir.

İyulun sonunda Türkiyə qəzeti yazıb ki, Ərdoğanla Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqustda sərhəd-keçid məntəqəsində baş tuta bilər.

Daha sonra nəşr yazıb ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin türkiyəli həmkarı İbrahim Kalınla Türkiyə və Suriya liderlərinin görüşünün tarixi və yerini müzakirə edib.

Eyni zamanda, qəzetin yazdığına görə, Türkiyə və Suriya prezidentlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.

Gülnar 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol