• $
  • €
  • ₽
  • ₺
  • £

Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır - Zelenski

Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır - Zelenski
13.08.2024 23:00
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb.Bu barədə dövlət başçısı teleqramda bildirib.

"Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda "mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.

Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb:
"74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.

Ölkə başçısı ələ keçirilmiş ərazilərdə "humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.

"Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol