• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə bankları Rusiya şirkətlərini “sıxmağa” başlayıb

Türkiyə bankları Rusiya şirkətlərini  “sıxmağa” başlayıb
04.09.2024 17:12
 Rusiya ilə Türkiyə arasında qarşılıqlı hesablaşmalarda problemlər qalmaqdadır. Bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib.

Onun sözlərinə görə, Türkiyə banklarında Rusiyaya tranzit malların daşınması ilə məşğul olan şirkətlərin "sıxışdırılası” hallarına daha çox rast gəlinir. Diplomat bildirib ki, belə müştərilərin köçürmələri və ya hesabları tamamilə bağlanıb.

Səfir hansı bankları nəzərdə tutduğunu dəqiqləşdirməyib. "Xarici iqtisadi fəaliyyətlərində bu cür problemlərlə üzləşən Rusiyanın biznes qurumları birbaşa bizim ticarət nümayəndəliyimizlə əlaqə saxlaya bilər və biz onlara, necə deyərlər, fərdi şəkildə kömək etməyə çalışacağıq”, - deyə Erxov bildirib.

2023-cü ilin dekabrında ABŞ bank sektorunda ikinci dərəcəli sanksiyaların tətbiq olunduğunu elan edib. Bundan sonra Türkiyə bankları Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başlayıb və rubl hesablarının açılması ilə bağlı tələbləri sərtləşdirib.

2024-cü ilin mayında məlum oldu ki, Türkiyənin ən böyük banklarından biri olan Denizbank ruslar üçün şərtləri sərtləşdirib: o, Rusiya pasportu ilə müraciət edənlər üçün yeni hesabların açılmasını praktiki olaraq dayandırıb. Avqustun sonunda Türkiyənin dövlət bankı Ziraat rublla hesabların açılmasını dayandırıb.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol