• $
  • €
  • ₽
  • ₺
  • £

Harrislə Tramp arasında debat başa çatıb - Nələr müzakirə edilib?

Harrislə Tramp arasında debat başa çatıb - Nələr müzakirə edilib?
11.09.2024 08:06
ABŞ-də prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisin seçkiqabağı debatlarının birinci mərhələsi başa çatıb. Debat Amerikanın televiziya kanalları vasitəsilə yayımlanıb. 
 
Prezidentlər debatın əvvəlində Harris Trampın yanına gedərək əl sıxıblar. Harris bildirib ki, keçmiş Amerika prezidenti Donald Trampın prezdientlliyindən sonra ABŞ-da demokratiya vətəndaş müharibəsindən sonra ən pis vəziyyət yaranıb. Qadın siyasətçi həmçinin hesab edir ki, onun qarşıdan gələ seçkilərdəki rəqibi, Tramo ticarət müharibələrinin başlanmasına töhvə verib. 
 
Tramp öz növbəsində isə Harrisi marksist ideologiyanın tərəfdarı adlanıdırıb. 
 
Harris çıxışında Tramp qalib gələrsə ölkədə aborta qadağa qoyacaq mesajını verib. 
 
Namizəd Trapm hazırkı prezident olan Co Baydeni çimərlikdə çox vaxt keçirdiyinə görə qınayıb. Namizəd söyləyir ki, əgər o seçkilərdə qalib gələrsə xarici mallara əhəmiyyətli tariflər tətbiq etməyi planlaşdırır. 
 
Harris isə deyir ki, seçkilərdə qalib gələrsə ölkənin neft idxalından asıllığını azaltmaq niyyətindədir. 
 
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Demokratlar administrasiyası ABŞ-ı üçüncü dünya müharibəsinə aparacaq. Öz öz növbəsində söz verib ki, seçkidə qalib olsa Ukrayndakı müharibəni həll etmək niyyətindədir. O həmçinin Baydeni ittiham eddərək bildirib ki, əgər o hakimiyyətdə olsaydı nə Ukrayna nə də Qəzza müharibəsi baş verməyəcəkdir. Namizəd vurğulayıb ki, Rusiya prezidenti Putin də Harrisin qalib gəlməsini səmimi şəkildə istəyə bilər. 
 
Harris isə bildirir ki, hazırda dünya liderləri Trampa gülür. 
 
Tramp qeyri-leqal miqrantların axını səbəbindən qarşıdan gələn prezident seçkilərini pis adlandırıb. 
 
Kəmalə Harris hesab edir ki, Fələstin-İsrail menaqişəsinin iki dövlətli həlli hər iki tərəf üçün bərabər təhlükəsizlik tədbirlərini əhatə etməlidir. 
 
Amerikalı ekspertlər hesab edirlər ki, Tramp bu debatda Harrisə uduzub. 
 
Fox News kanalı növbəti seçki debatı üçün prezidentlərə təklif edib. 


ABŞ-da prezident seçkiləri noyabrın 5 də keçiriləcək. Hazırkı prezident Co Bayden avqustda Demokratlar Partiyasından prezidentliyə namizəd kimi təsdiqlənən Harrisin namizədliyini dəstəkləyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol