Bilal Ərdoğan ifadə verməyə hazır olduğunu deyir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Məlumata əsasən, Bilal Ərdoğanın vəkili deyib ki, Baş nazirin oğlu bu vaxta qədər ifadə verməyə çağırılmayıb.Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















