• $
  • €
  • ₽
  • ₺
  • £

İran Rusiyadan 20 helikopter alacaq

İran Rusiyadan 20 helikopter alacaq
28.01.2025 12:49
İran Rusiya ilə 20 mülki vertolyotun yaxıngörmə sistemli tədarükü ilə bağlı razılığa gəlib. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Xilasetmə və Yardım Təşkilatının rəhbəri Babək Mahmudi bildirib.

"4-ü meşə yanğınlarının söndürülməsi üçün nəzərdə tutulmuş gecəgörmə sistemli 20 helikopterin alınması ilə bağlı müqavilə əvvəlki hökumət tərəfindən hazırlanıb, razılıq isə İran prezidenti Məsud Pezeşkianın Rusiyaya son səfəri zamanı əldə edilib. Planlaşdırıldığı kimi, təxminən 500 milyon dollar dəyərində komponentləri olan 20 helikopter gətiriləcək və təlimlər təşkil olunacaq”,- o IRNA agentliyinə bildirib.

Məlumata görə, ilk tədarüklər 2025-ci il martın 20-də başlayacaq.

Yanvarın 17-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarmaq, onların strateji tərəfdaş statusunu möhkəmləndirmək məqsədi daşıyan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar. Sənəd müdafiə, terrorizmlə mübarizə, enerji sektoru, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edib.
 
 
Aytac Zeynalova




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol