• $
  • €
  • ₽
  • ₺
  • £

USAID-in internet saytı və X hesabı Trampın əmrindən sonra bağlanıb

USAID-in internet saytı və X hesabı Trampın əmrindən sonra bağlanıb
02.02.2025 18:59

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) internet saytı Donald Tramp administrasiyasının yardım proqramlarını dondurması fonunda fəaliyyətini dayandırıb.Bu barədə CNN məlumat verib.
 
Sayt heç bir izahat verilmədən şənbə günü, fevralın 1-də ləğv edilib.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi dayandırıb Dövlət Departamentinə ötürə biləcəyindən narahatdırlar.
 
Onlar israr edirlər ki, respublikaçıların agentliyi dağıtmaq üçün qanuni səlahiyyəti yoxdur. Kanal qeyd edir ki, agentlik Konqres tərəfindən maliyyələşdirilir və onun işi milli təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir.

USAID-in X sosial media hesabı da artıq əlçatan deyil. Agentliyin səhifəsində "Bu hesab mövcud deyil" deyilir.

İnauqurasiya günü Tramp 40-dan çox sərəncam imzalayıb. Bunlardan biri də USAID-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə dondurmaqla bağlı olub.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol