• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır

Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır
11.02.2025 17:04

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2025-ci il fevralın 20-də Ukraynaya səfər edəcək. Bu barədə CNN Ukrayna hökumətindəki mənbələrə istinadən məlumat yayıb.


Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Münhen Təhlükəsizlik Konfransı ərəfəsində prezident Donald Trampın komandasından olan “ciddi adamların” bu həftə Ukraynaya səfər edəcəyini bildirib. Konfransda Zelenskinin ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə görüşəcəyi gözlənilir və onun prezident Trampla görüşü üçün hazırlıq işləri aparılır.


Kelloq fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməyi və müttəfiqlərlə Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə etməyi planlaşdırır. O, daha əvvəl demişdi ki, Tramp administrasiyasının müharibəni bitirmək və sülh danışıqlarına başlamaq üçün “ planı” var.
Prezident Tramp onun xüsusi nümayəndəsi Keyt Kelloqun yaxın vaxtlarda Ukraynaya səfər edəcəyini təsdiqləyib, lakin səfərin konkret tarixini açıqlamayıb.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol