• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb
13.02.2025 09:59

Fransa, Almaniya, Böyük Britaniya və bir sıra digər Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyirlər. Bu barədə Guardian nəşri Parisdə xarici işlər nazirlərinin görüşündən sonra yeddi Avropa ölkəsi və Avropa Komissiyasının birgə bəyanatına istinadan yazıb.

 “Ukrayna və Avropa istənilən danışıqlara daxil edilməlidir. Ukrayna güclü təhlükəsizlik zəmanəti almalıdır. Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması təmin edilməlidir”, - bəyanatda deyilir.

Avropa ölkələri ABŞ-ın müttəfiqləri ilə bu mövzuda müzakirələr aparmağı gözlədiklərini vurğulayıblar.

Görüş ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə danışdığını və ikisinin Ukraynada müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlamağa hazır olduğunu bəyan etməsindən sonra baş tutub.

Guardian yazır ki, bu hadisələr Avropada ciddi narahatlığa səbəb olub, çünki Avropa liderlərinin fikrincə, Tramp və Putin Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyinin gələcəyi ilə bağlı danışıqlar aparırlar.

“Ukraynada avropalıların iştirakı olmadan ədalətli və davamlı sülh ola bilməz”, - Fransanın xarici işlər naziri Jan-Noel Barron Parisdə keçirilən görüşdə deyib. İclasda Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukrayna və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok və İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares Bueno vurğulayıblar ki, Ukrayna ilə bağlı heç bir qərar “Ukraynasız” qəbul edilə bilməz və Aİ ölkələri vahid mövqedən çıxış etməlidirlər.

"Biz Ukraynada sülh istəyirik, lakin ədalətsiz müharibənin ədalətli sülhlə başa çatmasını istəyirik", - Albarez Bueno bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski görüş zamanı “ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin” müzakirə olunan məsələlər arasında olduğunu qeyd edib.

“Qitəmizin təhlükəsizliyinin ən yaxşı təminatı sıx transatlantik əməkdaşlıqdır”, - Sikorski əlavə edib.

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir. 

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol