• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Zelenski ilə görüşə hazırdır - Peskov

Putin Zelenski ilə görüşə hazırdır - Peskov
18.02.2025 14:43

Rusiya prezidenti Vladimir Putin lazım gələrsə, Ukraynadakı münaqişənin həlli ilə bağlı  bu ölkənin prezidenti Vladimir Zelenski ilə danışıqlarda iştirak etməyə hazırdır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

O, jurnalistlərə xatırladıb ki, Putin Ukraynanın hazırkı lideri ilə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib.

Rusiya Vladimir Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatdıqdan sonra onu Ukraynanın qeyri-legitim prezidenti hesab edir. Hakimiyyət hərbi vəziyyəti əsas gətirərək ölkədə seçki keçirməkdən imtina edib.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar başlayıb. Tədbir Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşlərin təşkilinə həsr olunub.

Rusiya ilə Ukraynada arasında müharibə 2022-ci ilin fevralında başlayıb. İki ölkə arasında gərginlik hazırda da davam edir. 

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol