• $
  • €
  • ₽
  • ₺
  • £

Çində insanlara yoluxa bilən yeni koronavirus aşkarlanıb- Nə qədər təhlükəlidir?

Çində insanlara yoluxa bilən yeni koronavirus aşkarlanıb- Nə qədər təhlükəlidir?
21.02.2025 10:16

Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər. Bu barədə South China Morning Post məlumat yayıb.

Nəşr qeyd edir ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.

Nəşr vurğulayır ki, Çin  Elmlər Akademiyasının Quançjou filialı,Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.

Yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.

Alimlər bildirirlər ki, hələlik panikaya səbəb yoxdur. HKU5-CoV-2-nin insanlarda ortaya çıxma riskini şişirtmək olmaz, lakin daha ətraflı araşdırmaya ehtiyac var.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov anews.az-a açıqlamasında bildirib ki, Çində yarasalardan əldə edilən yeni xətt koronavirus –HKU5 –COV-2 haqqında məlumatlar azsaylıdır.

"Virusun insanı yoluxdurması nəzəri olaraq mümkün sayılır, çünki yoluxma vasitəsi kimi bu virus yenikoronavirusla eyni ACE reseptorlarından yararlanır.  Hələ ki, virusun insanda xəstəlik törətməsinin təsdiqi yoxdur. Bu olsa belə, onun insandan insana ötürülməsi qabiliyyətinin aşağı olacağı bildirilir. Yeni xəstəlik törədən virusların əldə edilməsi sıradan fərqli hadisə deyil. Virus ətrafındakı proseslərin nəzarətdə saxlanılması önəmlidir. Hətta bu virus COVID-19 kimi xüsusiyyətlər kəsb etsə də belə, Pandemiya təcrübəsi və effektiv vaksinin qısa zamanda hazırlanaraq tətbiqi az müddət ərzində infeksiyanın lokallaşdırılmasına səbəb ola bilər",-   infeksionist vurğulayıb.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında SARS-CoV-2 koronavirusunun insanlar və heyvanlar arasında dövriyyəsinin yeni təhlükəli virusların yaranması təhlükəsi yaratdığı bildirilirdi. 

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac  Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol