• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstanda Avropa valyutasına qarşı etiraz aksiyası keçirilib

Bolqarıstanda Avropa valyutasına qarşı etiraz aksiyası keçirilib
22.02.2025 20:00

Bolqarıstan paytaxtında vahid Avropa valyutasının dövriyyəyə buraxılmasına etiraz olaraq kütləvi aksiya keçirilib.Bu barədə Teleqraf xəbər verib.

Paytaxtda nəqliyyatın hərəkəti bir neçə saatlıq dayanıb.Aksiyanı Dirçəliş Partiyası təşkil edib.

Partiya lideri Kostadin Kostadinov deyib:

"Biz Bolqarıstan levini qorunmasını istəyirik və avronun Bolqarıstanda tətbiqinə qarşı mübarizə aparırıq. Bolqarıstanın məcburi şəkildə avrozonaya daxil edilməsinə etiraz edirik, 604 min insan avronun buraxılması ilə bağlı referendumun keçirilməsini dəstəkləyib, lakin parlament bu təşəbbüsü qulaqardına vurub".

O bildirib ki, növbəti etiraz aksiyası çərşənbə günü, fevralın 26-da parlament binası qarşısında keçiriləcək.

Mindən çox insanın iştirak etdiyi aksiya Bolqarıstan Milli Bankının (BNB) binası qarşısında başlayıb, ardınca Avropa Parlamenti və Avropa Komissiyasının binasına doğru yürüş keçirilib. Etirazçılar binaya yumurta və boya atıblar, pirotexniki vasitələrdən istifadə olunub. Binanın giriş qapısını yandırmağa cəhd olunub, lakin yanğın tez söndürülüb.

Sofiya polisinin direktor müavini Stefan İvanov bildirib ki, etirazçılarla polis arasında toqquşma nəticəsində 10-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, 6 nəfər saxlanılıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol