• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər

Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər
28.02.2025 16:05

Rusiya Amerika tərəfinə birbaşa hava nəqliyyatının bərpası imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevlə ABŞ dövlət katibinin müavini Sonata Kulter arasında aparılan danışıqların yekunlarına dair bəyanatında deyilir .

XİN-dən bildirilib ki, müzakirələr məzmunlu və işgüzar xarakter daşıyıb. Tərəflər bu kanal vasitəsilə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, birbaşa hava hərəkətinin bərpası təklifi “xüsusi planda” öz əksini tapıb.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkilinə həsr olunub. Rusiya nümayəndə heyətini Rusiya liderinin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil ediblər.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol