• $
  • €
  • ₽
  • ₺
  • £

14 min Qəzza sakini anklavdan təxliyə edilməlidir - ÜST

14 min Qəzza sakini anklavdan təxliyə edilməlidir - ÜST
05.03.2025 12:08

12.000-14.000 Qəzza sakini tibbi səbəblərə görə anklavdan təxliyə edilməlidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 29 fələstinli uşağı müalicə üçün qəbul edən İordaniya hökumətinə təşəkküründə bildirib.

Bu uşaqlar xüsusi müalicə üçün Qəzzadan İordaniyaya aparılıb. "Onların əksəriyyətinin travma, onkoloji və oftalmoloji yardıma ehtiyacı var" deyən Qebreyesus bunun "atəşkəsdən sonra Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilən İordaniyaya ilk tibbi evakuasiya" olduğunu xatırladıb.

"Təxminən 12-14 min insanın hələ də tibbi evakuasiyaya ehtiyacı var", - baş direktor əlavə edib.

Qətərin "Əl-Cəzirə" telekanalının daha əvvəl verdiyi məlumata görə , əksəriyyəti İsrailin hava hücumları nəticəsində yaralanan 29 uşaq müalicə üçün İordaniyaya aparılıb. Qeyd olunub ki, krallıq ümumilikdə 2 min fələstinli uşağı qəbul etməyə hazırdır.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında quru hərbi əməliyyata başlayıb. Döyüşlər Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmada nəzərdə tutulduğu kimi, Qəzzada atəşkəsin qüvvəyə mindiyi bu il yanvarın 19-dək davam edib. 

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol