• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçirib

ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçirib
05.03.2025 14:21

ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenski ilə gizli danışıqlar aparıblar. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı yüksək rütbəli amerikalı məmurlar Vaşinqtonla münasibətlərin tezliklə sabitləşməsinin vacibliyini vurğulayaraq  Kiyevi danışıqları bərpa etməyə çağırıblar.

Kanalın mənbələri dəqiqləşdirib ki, gizli danışıqlarda iştirak edən məmurlardan biri Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqdur.

Martın 4-də ABŞ Ukraynaya hərbi yardımı dayandırıb. Qərar fevralın 28-də Ağ Evin Oval kabinetində Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib. Bu görüşdə Amerika lideri Zelenskinin Amerikanın köməyinə görə təşəkkür etməməsindən narazılığını bildirib. Tramp bildirib ki, fasilə “Ukrayna liderləri sülhə həqiqi sadiqlik nümayiş etdirənə qədər” davam edəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, Zelenski Rusiya ilə danışıqlardan yayınır, çünki onların başlaması qaçılmaz olaraq ölkədə hərbi vəziyyətin ləğvi zərurətinə gətirib çıxaracaq. Bunun ardınca Ukraynada prezident seçkilərinin keçirilməsi zərurəti yaranacaq. Eyni zamanda, Putin Zelenskinin seçkilərdə qalib gəlmək şansının sıfır olduğunu vurğulayıb.

Aytac 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol