• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib
06.03.2025 16:48

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldaraq 45%-dən 42,5%-ə endirib. Bu barədə qərar Pul Siyasəti Komitəsinin iclasının yekunlarına dair tədbirdə bildirilib.

"Komitə uçot dərəcəsini 45%-dən 42,5%-ə endirmək qərarına gəldi. Yanvar ayında inflyasiyanın artımından sonra fevral ayında əsas inflyasiya meylləri zəifləyib", - deyə Mərkəzi Bankın bəyanatında qeyd olunub.

Dekabrda Mərkəzi Bank 18 aylıq sərtləşdirmə siyasətindən sonra ilk dəfə faiz endirimi etmişdi. Bu, uzun illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın müdafiə etdiyi qeyri-adi iqtisadi siyasətdən və ucuz pul siyasətindən geri çəkilməni əks etdirirdi. Ərdoğan bu addımları sonradan dəstəkləmişdi.

Bank 2023-cü ilin ortalarından etibarən ümumilikdə 4,150 baza bəndi faiz artırmış və ardıcıl səkkiz ay ərzində faizləri 50%-də saxladıqdan sonra yumşaltma siyasətinə keçib. 

"İnflyasiya gözləntiləri və qiymət davranışı yaxşılaşmağa meylli olsa da, dezinflasiya prosesinə risklər yaratmağa davam edir",  -  Mərkəzi Bankın Pul Siyasəti Komitəsi qərardan sonra verdiyi açıqlamada bildirib.

Bank öz siyasətində kiçik bir dəyişikliyə gedərək, "qiymət sabitliyi davamlı inflyasiya azalması yolu ilə əldə olunana qədər sərt pul siyasətini qoruyacağını" bildirib.

2025-ci il üçün minimum əmək haqqının 30% artırılması işçilərin tələblərindən aşağı olsa da, bu addımın bu ay və gələn ay aylıq inflyasiya göstəricilərini artıracağı gözlənilir.

Mərkəzi Bank bu il  pul siyasəti  üzrə 8 iclas keçirməyi planlaşdırıb, bu isə ötən ildən  12 iclas azdır.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol