• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir

Türkiyə Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir
07.03.2025 16:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqının silahlı qüvvələrinin modernləşdirilməsi proqramına cəlb edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə TASS məlumat yayıb.

Avropa Şurasının sədri Antonio Kosta ilə Aİ tərəfdaş dövlətlərinin başçıları arasında keçirilən videokonfrans zamanı Türkiyə lideri Ankaranın Aİ-nin müdafiə potensialının artırılması proqramlarında, o cümlədən hərbi-sənaye kompleksi müəssisələrinin maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılmasında iştirakda maraqlı olduğunu vurğulayıb.

O, qabaqcıl texnologiyalara malik Türkiyə hərbi-sənaye kompleksinin Avropanın müdafiəsinin gücləndirilməsinə töhfə verməyə hazır olduğunu bəyan edib və Ukraynanın bərpası üçün Aİ proqramlarına qoşulmaq arzusunu ifadə edib. Ərdoğan həmçinin Avropanın gələcək müdafiə təşəbbüslərini bütün müttəfiqlərə açıq olmağa çağırıb.

“Müdafiə sənayemiz qabaqcıl texnologiyaları ilə Avropanın müdafiə sektorunun güclənməsinə töhfə verməyə hazırdır”, - Türkiyə lideri bildirib.

Daha əvvəl Ərdoğan bəyan etmişdi ki, Türkiyə hakimiyyəti Ukraynada sürətli atəşkəs, eləcə də qurudan, havadan və dənizdən hücumların dayandırılması ideyasını dəstəkləyir.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol