• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan BRİKS-də müşahidəçi olmaqda maraqlıdır

Ermənistan BRİKS-də müşahidəçi olmaqda maraqlıdır
11.03.2025 22:21

İrəvan BRİKS -də müşahidəçi statusu almaqda maraqlıdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın WION portalına müsahibəsində bildirib.

"Bəli, biz BRİKS-in, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının işində iştirak etmişik " o deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hələ də bu təşkilatda müşahidəçi statusu almaqda və “belə əməkdaşlıq və bu formatın regionumuza nə gətirə biləcəyini görməkdə” maraqlıdır.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bundan əvvəl bəyan etmişdi ki, BRİKS absurd qərarlar qəbul etmək və ya təzyiq göstərmək adəti olmayan suveren dövlətlər qrupudur. Diplomat əlavə edib ki, bu struktur üzv olmaq üçün hüquqi öhdəliklərin qəbul edilməsini və ya milli qanunvericiliyin dəyişdirilməsini tələb edən ənənəvi beynəlxalq təşkilat deyil. Kopırkin həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycan və Ermənistanın BRİKS-ə mümkün daxil olması iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər.

 

BRİKS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, Cənubi Afrika isə 2011-ci ildə ona qoşulub. 1 yanvar 2024-cü ildə Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri onun tam hüquqlu üzvü olub. Rusiyanın assosiasiyaya sədrliyinin əsas hadisəsinə çevrilən 16-cı BRİKS sammiti oktyabrın 22-24-də Kazanda baş tutub. Sammitdə BRİKS-ə üzv ölkələrin liderləri ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə və Fələstin kimi BRİKS-ə üzv olmayan bir sıra dövlətlərin başçıları da iştirak ediblər.

Gülnar

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol