• $
  • €
  • ₽
  • ₺
  • £

İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib

İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib
13.03.2025 13:51

İsrail qüvvələri Qəzza şəhərinə bir sıra pilotsuz təyyarələrlə zərbələr endirib. Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Onun məlumatına görə, İsrail əsgərləri nəzarət-buraxılış məntəqələrinin açılmasına və Fələstin ərazilərinə humanitar yüklərin çatdırılmasına mane olur.

Martın əvvəlində İsrail əsgərləri Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb. Kan telekanalının məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlıdır.

Kan həmçinin bildirib ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini və bütün girovların azad edilməsini uzatmasa, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək. Jurnalistlərin əllərində olan məlumata görə, İsrail tərəfi Qəzzaya humanitar yardımların girişini kəsməklə yanaşı  , Fələstin hərəkatına təzyiqləri mərhələli şəkildə artırmağı planlaşdırır.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol