• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb

Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb
14.03.2025 09:36

Beynəlxalq Cinayət Məhkəməsi Filippinin keçmiş prezidenti Rodriqo Duterteni narkotiklərlə mübarizə apardığı amansız əməliyyatlarla bağlı insanlığa qarşı cinayətlərdə ittiham edərək həbs edib.

Duterte üç il ərzində Haaqa məhkəməsinə göndərilən ilk yüksək səviyyəli siyasətçidir. O, yaxın günlərdə ilk dəfə məhkəmə qarşısına çıxacaq.

O, çərşənbə axşamı, martın 11-də Manila Beynəlxalq Hava Limanına endikdən sonra həbs edilib və oradan Hollandiyanın Haaqa şəhərinə aparılıb.

Dutertenin yaxın günlərdə ilk dəfə məhkəmə qarşısına çıxacağı, orada kimliyini müəyyənləşdirəcəyi, məhkəmənin dilini seçəcəyi və ona qarşı irəli sürülən ittihamlarla tanış olacağı gözlənilir.

Daha sonra təsdiqedici dinləmə keçiriləcək və bu dinləmə zamanı hakimlər ittiham tərəfinin məhkəmə araşdırmasını davam etdirmək üçün kifayət qədər sübut təqdim edib-etməməsinə qərar verəcək.

BBC yazır ki, ittihamlar təsdiq olunarsa, məhkəmə aylarla davam edə bilər və yekun hökmün çıxarılması üçün illər lazım ola bilər.

Aytac 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol